16 may 2025 13:24
144

Nə “Beşiktaş”a, nə də “Monako”ya lazım olmadı

İcarə əsasında Fransanın “Monako” komandasında çıxış edən Məhəmməd Əl-Musrati “Beşiktaş”a qayıdacaq.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Liqa 1 təmsilçisi liviyalı yarımmüdafiəçinin birdəfəlik transfer hüququndan istifadə etməyəcək. Bu səbəbdən oyunçu müqavilə ilə məxsus olduğu İstanbul klubuna geri dönəcək.

Zədəyə görə mövsümü vaxtında əvvəl başa vuran 29 yaşlı futbolçu “Beşiktaş”a da lazım olmayıb. Belə ki, “qara qartallar”ın norveçli baş məşqçisi Ule-Qunnar Solskyaer sözügedən oyunçunu gələcək planlarına daxil etmək fikrində deyil.