Pedri “Barselona”nın tarixinə düşüb.
“İki sahil” xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Kataloniya klubunda 200 oyun keçirən ən gənc futbolçu olub.
Onun rekordu İspaniya La Liqasının 36-cı turunda "Espanyol"la oyunda qeydə alınıb.
Pedri 22 yaş 171 günündə tarixi uğura imza atıb. O, bu göstəricidə Lionel Messini geridə qoyub. Argentinalı futbolçu 200-cü oyununu 22 yaş 273 günündə keçirib. Pedrinin "Barselonaa"dakı debütü 2019-cu il sentyabrın 27-də "Vilyarreal"a qarşı görüşə təsadüf edib.
Xatırladaq ki, "Espanyol"la matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda tarixində 28-ci dəfə İspaniya çempionu adını qazanıb.