17 may 2025 08:26
93

Rusiya və Ukrayna əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsini həyata keçirəcək

Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqların yekunlarına dair bəyanatla çıxış edib.

“İki sahil” xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlamasında Rusiyanın danışıqların nəticələrindən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsi barədə razılığa gəliblər.

Bundan əlavə, Ukrayna tərəfi dövlət başçıları səviyyəsində görüşün keçirilməsini xahiş edib. Rusiya bu müraciəti nəzərə aldığını bəyan edib.

Medinski onu da qeyd edib ki, Moskva danışıqlar prosesini davam etdirməyə hazırdır. Tərəflər atəşkəsin təmin olunması ilə bağlı, o cümlədən yazılı şəkildə detallı təkliflərini təqdim etmək barədə razılığa gəliblər.