Boliviyada polis La-Pasda keçirilən etiraz aksiyaları zamanı ölkənin keçmiş prezidenti Evo Moralesin tərəfdarlarına qarşı gözyaşardıcı qaz tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.
Etirazlara ölkənin Konstitusiya Məhkəməsinin Moralesin daha seçkilərdə iştirak edə bilməyəcəyinə dair qərarı səbəb olub.
Nümayişçilər iki polis kordonunu yarıb, Ali Seçki Məhkəməsinin yerləşdiyi Abaroa meydanına daxil olublar.
“Etirazçılar meydana çata biliblər, polis isə gözyaşardıcı qazdan istifadə edib”, - qəzet yazıb.