17 may 2025 11:00
101

ABŞ Avropada hərbi mövcudluğunu azaltmaq istəyir

Birləşmiş Ştatlar bu ilin iyununda NATO-nun Haaqa sammitindən sonra Avropadakı müttəfiqləri ilə Amerikanın hərbi mövcudluğunun azaldılması məsələsini müzakirə etməyə başlayacaq.

İki sahil” ERR-yə istinadla xəbər verir ki, bunu cümə günü Estoniyada təhlükəsizlik konfransında çıxış edən ABŞ-ın Alyansdakı daimi nümayəndəsi Metyu Uitaker deyib: "Bu, təşkil olunacaq, biz bu məsələdə daha gecikmələrə dözməyəcəyik. Sadəcə, praktiki nəticələri işləməliyik".

“Vaşinqton təhlükəsizlik boşluqlarının qarşısını almaq üçün müttəfiqləri ilə qoşun səviyyəsində istənilən dəyişikliyi müzakirə edəcək”, - deyən M.Uitaker əlavə edib ki, ABŞ NATO-dan çıxmaq niyyətində deyil və avropalı tərəfdaşlar 30 ildən artıqdır ki, Avropada hərbi mövcudluğunu azaltmaq istəyən Amerikanın planları ilə tanışdırlar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”