Somalidə hava limanlarından birinin yaxınlığında baş verən partlayış nəticəsində ən azı iki nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə “garowe” portalı məlumat yayıb.
İlkin məlumatlara görə, Somalinin cənubunda Baraue hava limanı yaxınlığında piyada əleyhinə mina partlayıb.
Hadisənin təfərrüatları araşdırılır.