17 may 2025 12:59
130

"Everton" 132 illik stadionunu tərk edir

"Everton" klubunun yeni stadionunun adı bəlli olub.

“İki sahil” "Goal" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin ev oyunlarını keçirəcəyi yeni arena "Hill Dikinson stadionu" adlandırılacaq.

Klub rəhbərliyi kommersiya şirkəti ilə anlaşma əsasında stadionuna bu adın verilməsinə razılaşıb.

Qeyd edək ki, "Everton" 132 illik tarixi olan "Qudison Park"dan ayrılır. Klub yeni stadiona köçəndən sonra tarixi stadionu qadın komandasına təhvil verəcək.