17 may 2025 18:53
106

"Zirə" – "Sabah" oyununda qollu bərabərlik

Bu gün Misli Premyer Liqasının 35-ci turunda "Zirə" "Sabah"ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 26-cı dəqiqəsində Georgi Papunaşvili hesabı açıb. 67-ci dəqiqədə isə Pavol Şafranko "Sabah"ın bərabərlik qolunun müəllifi olub.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

35-ci tur

17 may (şənbə)

17:00. "Zirə" 1-1 "Sabah"

Qol: Georgi Papunaşvili, 26 (1-0), Pavol Şafranko, 67 (1-1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”