Bu gün Misli Premyer Liqasının 35-ci turunda "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, Naxçıvan təmsilçisi bu matçda uduzmayacağı halda üçüncü yeri təmin edəcək.
Şamaxı şəhər stadionunda keçirilən yarışın 44-cü dəqiqəsində "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos hesabı açıb.
Qarşılaşma bu hesabla da başa çatıb. Bu nəticə ilə xal ehtiyatını 58-ə çatdıran "Araz-Naxçıvan" turnir cədvəlində üçüncü yeri təmin edib, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Misli Premyer Liqası,
35-ci tur
17 may (şənbə)
17:00. "Şamaxı" 0-1 "Araz-Naxçıvan"
Qol: Felipe Santos, 44 (0:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”