17 may 2025 19:00
120

MPL: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib

Bu gün Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz" "Sumqayıt"ın qonağı olub.

İki sahil”in məlumatına görə, Tovuz klubu səfərdən 1 xalla dönsə, dördüncü yeri təmin edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda yeganə qolu 30-cu dəqiqədə "Turan Tovuz"un futbolçusu Emmanuel Hakman vurub.

Bu nəticə ilə xal ehtiyatını 52-yə yüksəldən Tovuz təmsilçiləri turnir cədvəlində dördüncü yeri təmin ediblər.

Misli Premyer Liqası,

35-ci tur

17 may (şənbə)

17:00. "Sumqayıt" 0-1 "Turan Tovuz"

Qol: Emmanuel Hakman, 30 (0-1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”