17 may 2025 20:28
118

NFF prezidenti: Naxçıvan stadionunda işlər başlayıb

Tarixdə ilk dəfə "Araz-Naxçıvan"ın Azərbaycanı Avropada təmsil etməsi qürurvericidir.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov deyib.

"Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Qeyd edim ki, artıq gələn mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız Avroliqada daha uğurlu çıxış eləsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq", - federasiya rəhbəri bildirib.