17 may 2025 20:44
123

"Formula 1": Emiliya-Romanya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub

İtaliyada keçirilən “Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib.

“İki sahil” xəbər verir ki, “Maklaren” komandasının avstraliyalı sürücüsü Oskar Piastri birinci olub.

“Red Bull”dan Maks Ferstappen ikinci, “Mercedes”i təmsil edən britaniyalı Corc Rassel üçüncü yeri tutub.

Qeyd edək ki, Emiliya-Romanya Qran-prisinin əsas mərhələsi mayın 18-də olacaq.