Neymar karyerasını hazırda çıxış etdiyi "Santos" klubunda başa vuracaq.
“İki sahil” xəbər verir ki, Neymar mövsümün sonunda "Santos" ilə başa çatan müqaviləsini uzadacaq.
33 yaşlı futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Mənbənin sözlərinə görə, tərəflər anlaşmanı daha bir il uzatmaqla bağlı razılıq əldə ediblər.
Neymar "Santos"un yetirməsidir. O, 2025-ci ilin yanvarında kluba qayıdıb. Ulduz futbolçu cari mövsümdə meydana çıxdığı doqquz oyunda üç qol vurub.
Qeyd edək ki, Neymar karyerası ərzində "Barselona", PSJ və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klublarında çıxış edib. Neymar Kataloniya klubunun tərkibində Çempionlar Liqasının qalibi olub.