UEFA Çempionlar Liqasının (ÇL) 2025/26-cı illər mövsümündə mübarizə aparacaq 36 komandadan 20-si artıq müəyyənləşib.
29 komanda gələn mövsüm ÇL-nin final mərhələsinə birbaşa qatılacaq, yeddi komandanın adına isə təsnifat mərhələsində aydınlıq gələcək.
29 komandadan 20-si artıq məlumdur. ÇL-yə birbaşa qatılacaq komandaların siyahısını təqdim edirik:
İngiltərə: "Liverpul";
İtaliya: "Napoli", "İnter", "Atalanta";
İspaniya: "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Atletik Bilbao";
Almaniya: "Bavariya", "Bayer", Ayntraxt, "Borussiya Dortmund";
Fransa: PSJ, "Olimpik Marsel", "Monako";
Hollandiya: PSV, "Ayaks";
Portuqaliya: "Sportinq";
Çexiya: "Slaviya";
Yunanıstan: "Olimpiakos".
Oxu.Az