Qərb siyasətçiləri və mediası Rusiya ilə ABŞ arasında konstruktiv dialoqu pozmağa çalışıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev iddia edib.
O, əmindir ki, iki prezident arasında təmaslar ABŞ-ın Ukraynadakı münaqişənin əsas səbəblərini, mahiyyətini və mümkün həll yollarını anlaması üçün son dərəcə vacibdir.
Dmitriyevin sözlərinə görə, bu dialoq ABŞ administrasiyasının indiyə qədər balanslaşdırılmış və konstruktiv mövqeyinə töhfə verir, həmçinin Avropa siyasətçiləri, Avropa və Britaniya mediasında isteriya yaradır. "Qərb siyasətçilərinin və mediasının titanik səyləri Rusiya və ABŞ arasında konstruktiv dialoqu pozmağa yönəlib”, - deyə, o, Telegram-da yazıb.