22 may 2025 13:26
81

Telegram 2024-cü ili 540 milyon dollar mənfəətlə başa vurub

Telegram 2024-cü ildə 540 milyon dollar mənfəət əldə edib. Ondan bir il əvvəl isə 173 milyon dollar zərər etmişdi.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" məlumat yayıb.

Telegram özü özəl şirkət olduğundan maliyyə hesabatlarını dərc etmir. 2024-cü ildə messencerin aylıq aktiv istifadəçilərinin sayı 1 milyardı ötüb.

Fransada Telegram-ın rəhbəri Pavel Durovla bağlı məhkəmə proseslərinə baxmayaraq, messencer yaxşı nəticələr göstərir. Ötən ilin avqustunda Telegram-ın təsisçisi Paris hava limanında saxlanılıb. O, Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməkdə altı maddə ilə ittiham olunub. Durov 5 milyon avro girov müqabilində azad edilib.

"Financial Times" yazır ki, Telegram-ın gəlir və mənfəət artımı ödənişli abunəçilərin sayının artması, eləcə də Durovun başlatdığı kriptovalyuta ilə bağlantılarından əldə edilən gəlirlə izah olunur.