22 may 2025 17:13
105

Bu, Avropa ölkələrinin sənayesi üçün ölüm hökmüdür - Filippo

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin yeni anti-Rusiya sanksiyaları ilə bağlı bəyanatı Avropa ölkələrinin sənayesi üçün ciddi nəticələrdən xəbər verir.

“İki sahil” xəbər verir ki, bu barədə Fransalı siyasətçisi Florian Filippot  X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ursula fon der Lyayen artıq Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlayır, o cümlədən, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin yekun şəkildə məhv edilməsini nəzərdə tutur! Bu, Avropa ölkələrinin sənayesi üçün ölüm hökmüdür”, -deyə, Filippo qeyd edib.

O, deyib ki, Fransanın Avropa İttifaqından çıxmasının vaxtıdır.

Filippo həmçinin əlavə edib ki, Avropa Komissiyasının rəhbəri Rusiya ilə müharibəyə başlamaq və onunla bütün mümkün əlaqələri kəsmək istəyir.