22 may 2025 20:04
102

Avropa Ukraynanı Rusiyanın təsirindən saxlamaqda acizdir

Avropa Ukraynanı öz təsir zonasında saxlaya bilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Polityka” jurnalının jurnalisti Mişal Fişer bildirib.

“Bu gün Ukraynaya qoşun yeritmək artıq onu Rusiyanın təsir dairəsinə düşməkdən xilas etmək üçün yetərli deyil”, deyə, o,  qeyd edib.

Onun fikrincə, Rusiyanın potensialının güclənməsi Avropa üçün təhlükəyə çevriləcək.

Qeyd edək ki, Rumıniyanın əvvəllər seçilmiş prezidenti Nikuzor Dan Ukraynaya qoşun göndərilməsini yersiz adlandırıb.