22 may 2025 19:19
103

Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır

Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik bufer zonası yaratmaq qərarına gəlib.

“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib.

“Sərhəd boyu zəruri təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir”, - o deyib.