22 may 2025 13:41
87

Rumıniya məhkəməsi Simionun iddiasını RƏDD EDİB

Rumıniyanın Konstitusiya Məhkəməsi "Rumınların Birləşməsi Alyansı"nın lideri George Simionun prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətini rədd edib. Hakimlər yekdilliklə siyasətçinin müraciətini əsassız hesab ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb.

"Qərar qətidir və Mərkəzi Seçki Bürosuna bildiriləcək", - deyə, məhkəmənin saytında yerləşdirilən press-relizdə deyilir.

Simion mayın 20-də seçkilərin nəticələrinin ləğvini tələb etmək qərarını açıqlayıb.

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Corc Simion rəqibi, Buxarestin avropayönlü meri Nikuzor Dana uduzub.