Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır və Avropaya inteqrasiya ilə bağlı qanunvericilik təşəbbüsləri bunu nəzərdə tutmur.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
"Bizim hərəkətlərimiz heç vaxt hansısa ölkəyə qarşı və ya heç bir ölkənin əleyhinə yönəlməyib. Əgər hərəkətlərimizi hansısa ölkənin əleyhinə və ya xeyrinə olmaq məntiqi əsasında qursaq, mənfi nəticələr olacaq. Biz yalnız Ermənistanın maraqlarından çıxış edirik", - deyə, Papoyan jurnalistlərə deyib.
"Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu təşkilatdan çıxmaq üçün gündəm yoxdur. Biz bu məntiqlə işləməyə davam edirik", - deyə, erməni nazir bildirib.