Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə regionlararası nəqliyyat prokurorluğu öz Telegram kanalında bildirib.
Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, Domodedovoda 71, Şeremetyevoda 72, Vnukovoda 19 reys gecikib. Prokurorluq vəziyyətə nəzarət etmək üçün nəzarət tədbirlərinə başlayıb.
Prokurorluğun yaydığı məlumatda bildirilir ki, gecikmə səbəbindən hüquqları pozulan vətəndaşlar növbətçi prokurora müraciət edə bilərlər.
Gecə Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevoda əməliyyatları dayandırılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində 35 PUA Moskvaya yaxınlaşarkən vurulub.