“SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan “Star” Neft Emalı Zavodu (NEZ), İstanbul Sənaye Palatası tərəfindən hazırlanmış “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2024” araşdırmasında üçüncü yerə layiq görülüb.
Araşdırmada “SOCAR Türkiyə”nin digər bir qrup şirkəti olan Petkim isə həmin siyahıda 29-cu pillədə yer alıb.
Məlumat üçün bildirək ki, İstanbul Sənaye Palatası bu araşdırmanı 1968-ci ildən bəri hər il dərc edir. Bu siyahı Türkiyə sənayesinin ən güclü qurumlarını müəyyən etməklə sektordakı ümumi iqtisadi vəziyyətə dair mühüm göstəricilər təqdim edir.
Qeyd edək ki, “Star” NEZ Türkiyənin ən böyük birbaşa xarici sərmayə layihələrindən biri olmaqla yanaşı, “SOCAR Türkiyə”nin enerji sahəsindəki inteqrasiya olunmuş fəaliyyətində mühüm rol oynayır.
Orxan Vahidoğlu, “İki sahil”