Türkiyədə toyda silahlı insident yaşanıb.
“İki sahil” DHA-ya istinadla xəbər verir ki, hadisə Siirtin Kurtalan rayonu Təkəl məhəlləsindəki şadlıq sarayında baş verib. Belə ki, məclisdə işdirak edən şəxslərdən biri naməlum səbəbdən qonaqlara tapança ilə atəş açıb.
Adisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar.
İnsidenti törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”