07 iyun 2025 22:47
89

Moskva yaxınlığında güclü yanğın baş verib

Moskva vilayətinin Puşkino şəhərində anbarda güclü yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti idarəsindən məlumat verilib.

Yanğın anbarda baş verib. Anbarın içərisində çəlləklərdə, qaz balonlarında tezalışan mayelər var ki, bu da alovun sürətlə yayılmasına şərait yaradır. Yanğın qonşu tikiliyə keçib.

Hadisə yerində 50-dən çox mütəxəssis və 12 texnika çalışır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti anbardakı yanğının sahəsinin 21 min kvadratmetrə çatdığını bildirib.