14 iyun 2025 18:33
158

Qazaxıstanda TBNM-ə çıxışı olan “Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb

Qazaxıstanın Kostanay vilayətində strateji əhəmiyyətli “Mərkəz-Qərb” avtomobil dəhlizinin tikintisinə başlanılıb.

“İki sahil” Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, yeni avtomobil dəhlizi ölkənin mərkəzi ilə qərbi arasında birbaşa əlaqəni təmin edəcək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) çıxış yaradacaq.

Layihənin icrası sayəsində Astana ilə İrgiz kəndi arasında məsafə 573 kilometr qısalacaq. Eyni zamanda, iş iki istiqamətdə - Arkalıq şəhərindən Astana şəhəri istiqamətində və Torqay kəndindən İrgiz kəndi istiqamətində aparılır.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.