19 iyun 2025 11:58
121

Peskov: İran Rusiyadan hərbi yardım istəməyib, amma...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Tehranla tərəfdaşlıq münasibətlərini saxlayır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

O, əlavə edib ki, Rusiya İrana İsraillə münaqişənin son gərginləşməsi fonunda kömək edir, lakin hərbi baxımdan deyil.

“Biz tərəfdaşlıq münasibətlərini qoruyuruq... Biz çox rəvan, etibarlı əlaqələr saxlayırıq”, - deyə, Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.