30 iyun 2025 14:51
134

Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiyanın Baş İstintaq İdarəsinə verilib

Yekaterinburqda saxlanılan azərbaycanlıların cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O qeyd edib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin daha əhatəli və obyektiv araşdırılmasını təmin etmək üçün onun bu komitənin Baş İstintaq İdarəsinə verilməsini tapşırıb.