01 iyul 2025 22:49
110

Lukaşenkodan “Oreşnik”lə bağlı AÇIQLAMA

Rusiya istehsalı olan “Oreşnik” raket sistemi ilin sonuna kimi Belarusda yerləşdiriləcək.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda bildirib.

"Biz Volqoqradda razılaşdıq. "Oreşnik"lərin ilk mövqeləri Belarusda olacaq", - deyə, Lukaşenko bildirib .

Onun sözlərinə görə raketlər bu ilin sonuna qədər ölkə ərazisində yerləşdiriləcək.