04 iyul 2025 14:57
187

"Azəriqaz"ın Baş direktoru Xaçmaz RQİİ-nin nümunəvi əməkdaşlarını təltif etdi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xaçmaz Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb.

Baş direktorla görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra 12 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.