05 iyul 2025 10:01
125

Romada yanacaqdoldurma məntəqəsində partlayış baş verib

İtaliyanın paytaxtı Romanın şərqindəki Prenestino rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, partlayış nəticəsində azı 40 nəfər yaralanıb. Partlayış nəticəsində ətrafdakı binaların şüşələri sınıb və zədələnib.

Məlumata görə, əvvəlcə tüstü qalxıb, sonra şiddətli partlayış baş verib.

Yanğınsöndürənlər qısa müddətdə yanğına müdaxilə etsələr də, çoxlu sayda insan xəsarət alıb.

Rəsmilərin fikrincə, şəhər partlayışdan əvvəl gələn qoxu və tüstü sayəsində böyük fəlakətdən xilas olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”