Rusiyanın Tambov şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində üç nəfər ölüb.
Bu barədə regional Dövlət Avtomobil Müfəttişliyi (DAM) məlumat yayıb.
DAM-ın vilayət üzrə idarəsinin rəis müavini bildirib ki, hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
İnsidentlə bağlı təfərrüat dəqiqləşdirilir.
Oxu.Az