Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Mirzəmməd kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Yolda hərəkətdə olan taksi Mirzəməmmədkənd kənd sakini 66 yaşlı Şıxzeyid Xəlilovu vurub. Hadisə zamanı avtomobilin ön ban şüşəsinə çırpılan piyada və sərnişin 32 yaşlı rayon sakini Həmidə Mehdiyeva da xəsarət alıb. Hər iki yaralı Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.
TƏBİB-dən verilən məlumata görə, "03.09.2025-ci il tarixində saat 01:10 radələrində Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1-i kişi, 1-i qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1953-cü il və 1993-cü il təvəllüdlü şəxslərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi, sınığı diaqnozları təyin olunub. Hər iki şəxsə zəruri ilkin tibbi xidmət göstərilib.
Hər iki pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir."
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" qəzeti üçün