Meksikada güclü yağış, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Meksikanın mərkəzi və cənub bölgələrində güclü yağış daşqın və torpaq sürüşmələrinə səbəb olub.