13 oktyabr 2025 09:58
175

KİV: BQXK-nin karvanı İsrail girovlarının köçürülmə sahəsinə hərəkət edir

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanı atəşkəs razılaşması çərçivəsində HƏMAS-ın azad edəcəyi israilli girovların təhvil verildiyi yerə hərəkət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstinin radikal hərəkatının nəzarətində olan "Al-Aqsa" telekanalı xəbər verib.

Bundan əvvəl İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı bildirib ki, Qəzza razılaşması çərçivəsində girovların azad edilməsi oktyabrın 13-də səhər tezdən başlayacaq.