27 oktyabr 2025 00:52
99

Sumıda sərnişin avtobusu dronla vurulub, ölən və yaralananlar var

Ukraynanın Sumı vilayətində mikroavtobusa pilotsuz təyyarənin hücumu nəticəsində 69 yaşlı kişi ölüb, 8 yaşlı oğlan və 15 yaşlı qız da daxil olmaqla 12 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə teleqramda Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

"Yaralılardan ikisinin - uşaq və bir böyüyün vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparır", - deyə Qriqorov bildirib.

Onun sözlərinə görə, yolun bu hissəsində məhdudiyyətlər qüvvədədir. Bu, düşmənin dəfələrlə pilotsuz uçuş aparatları ilə hücum etdiyi yüksək risk zonasıdır. Təhlükəli yollardan yan keçmək üçün hərəkət planı hazırlanıb və təsdiq edilib. Ehtiyat, daha təhlükəsiz marşrutlar müəyyən edilib və daşıyıcılara çatdırılıb.

O qeyd edib ki, bu tələblərə məhəl qoymamaq insan həyatı üçün təhlükə yaradır və hüquq-mühafizə orqanlarının bu hadisəyə düzgün qiymət verəcəyinə əmindir.