ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası 2024-cü il prezident seçkisinə qədər İlon Maska Beynəlxalq Kosmik Stansiyasında (BKS) ilişib qalan astronavtları xilas etməyi qadağan edibmiş.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, amerikalı sahibkar və milyarder Mask bu açıqlamanı televiziya aparıcısı Co Roqanın aparıcılığı ilə yayımlanan podkastda verib.
"Mənə bildirdilər ki, Ağ Evdən seçkiyə qədər heç bir xilasetmə cəhdinin edilməməsi barədə göstəriş gəlib", - deyə Mask vurğulayıb.
Xatırladaq ki, martın 19-da "SpaceX Crew Dragon" kosmik gəmisi "Crew-9" heyətini daşıyaraq Yerə qayıdıb. Onun heyətinə "Roskosmos" kosmonavtı Aleksandr Qorbunov və NASA astronavtları Barri Uilmor, Sunita Uilyams və Nik Heyq daxil olublar.
Uilmor və Uilyams 5 iyun 2024-cü il tarixində "Boeing Starliner" kosmik gəmisinin ilk heyət missiyasının bir hissəsi olaraq BKS-yə çatıblar. Onların orbitdə həmin il iyunun 14-nə qədər qalması planlaşdırılırdı.
Daha sonra kosmik gəminin nasazlığı səbəbindən qayıdış tarixi əvvəlcə 18 iyuna, sonra 26 iyuna, ardınca isə qeyri-müəyyən müddətə təxirə salınıb. Nəticədə, NASA "Crew-9" missiyasının astronavtlarının 2025-ci ilin yazında Yerə qayıtmasına qərar verib.
G7 Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları fonunda Kiyevə dəstək vəd edir
Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb
Şalva Papuaşvili: Avropa Parlamenti Avronest platformasını şantaj vasitəsinə çevirib