Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 5,1 bal gücündə zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkəsi Mərkəzi açıqlama yayıb.
Yeraltı təkan Pekin vaxtı ilə 12:12-də (Bakı vaxtı ilə 08:12) muxtar rayonun Bayingölin monqol muxtar prefekturasının Yuli rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 15 kilometr dərinlikdə olub.
Hələlik insan tələfatı və dağıntı barədə məlumat yoxdur.
Almaniya sərhəd nəzarətini Seutadakı miqrasiya böhranı fonunda uzatmağı planlaşdırır