Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib