27 noyabr 2026 10:58
83

Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir

Azərbaycanda fəaliyyət göstərən banklar 2027-ci ilin I rübündən etibarən dayanıqlılıq göstəriciləri ilə bağlı məlumatları dörd əsas istiqamət üzrə ictimaiyyətə açıqlamalı olacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, yeni tələblər çərçivəsində ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin bankların risklərin idarə edilməsi sisteminə inteqrasiyası nəzərdə tutulur. Bu risklər ayrıca kateqoriya kimi deyil, ənənəvi risklərə təsir mexanizmləri əsasında qiymətləndirilməlidir.