27 noyabr 2026 09:31
96

Dünya bazarında Azərbaycan neftinin qiyməti 102 dolları ötüb

Dünya bazarlarında neftin qiymətlərində artım qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  “Brent” markalı neftin bir barelinin qiyməti 97,56 ABŞ dolları, Azərbaycan neftinin “Azeri Light” markasının bir barelinin qiyməti isə 102,77 dollar təşkil edib.

Bundan başqa, “BTC FOB” markalı neftin bir bareli 98,01 dollara, “Urals” markalı neftin bir bareli isə 72,68 dollara satılıb.