“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Bakıda keçirilən 10-cu Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş qismində iştirak edib.
Forumda bank sektorunda rəqəmsal transformasiya, süni intellektin tətbiqi və kibertəhlükəsizlik məsələləri müzakirə olunub. Ödəniş sistemləri, maliyyə texnologiyaları, açıq bankçılıq və dayanıqlı maliyyə də forumun gündəliyində yer alıb.
Tədbir məkanında qurulmuş stenddə “AzInTelecom”un bank sektoru üçün faydalı xidmətləri, o cümlədən SİMA yeni nəsil rəqəmsal imza haqqında iştirakçılara məlumat verilib.
Tədbirdə “AzInTelecom”un İdentifikasiya və Təhlükəsizlik bölməsinin rəhbəri Lalə İmanova “Texnologiya, insanlar və süni intellekt” panelində çıxış edib. O bildirib ki, “AzInTelecom”un yaratdığı “SİMA” rəqəmsal imza həllinin bank və maliyyə qurumlarının sistemlərinə inteqrasiyası bir sıra əməliyyatları tam onlayn həyata keçirməyə imkan verir. Biometrik identifikasiya sayəsində biznes prosesləri daha sürətli və təhlükəsiz şəkildə idarə olunur. L.İmanova kağız sənədləşməsinə ehtiyacın aradan qalxması ilə bank sektorundakı əməliyyat xərclərinin azaldığını da vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 20-yə yaxın bank öz xidmətlərini rəqəmsallaşdırmaq üçün “SİMA” həllərindən istifadə edir. Bunun sayəsində müştərilər filiala getmədən hesab aça, kart sifariş edə, əmanət yerləşdirə, kredit müqaviləsi imzalaya və şəxsiyyətlərini onlayn təsdiqləyə bilirlər. 150-dən çox qurum tərəfindən inteqrasiya edilmiş “SİMA” həlləri dövlət və özəl sektorda xidmətlərin rəqəmsallaşmasına töhvə verməyə davam edəcək.
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir
Media nümayəndələri üçün “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda təlim keçirilib