Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat olub.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,9 % artaraq 706,1 milyon manat olub.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 8,4 % artaraq 37,3 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12 % artaraq 29,9 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % azalaraq 163,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 5,4 % azalaraq 115,7 milyon manat təşkil edib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib