Ötən il Azərbaycandan xaricə 5 milyon ABŞ dolları dəyərində 7 min 91 ton pambıq yağı göndərilib.
“İki sahil”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 57 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 2,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,1 dəfə çox) 4 min 225 ton (+82 %), Tacikistana 1,6 milyon ABŞ dolları dəyərində (+65 %) 2 min 90 ton (+35 %), Qırğızıstana 272 min ABŞ dolları dəyərində (+11 dəfə) 183 ton (+10 dəfə), Özbəkistana 174 min ABŞ dolları dəyərində (+4 dəfə) 260 ton (+4 dəfə), Əfqanıstana 151,4 min ABŞ dolları dəyərində 174 ton məhsul ixrac edib.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Əfqanıstana tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 4,5 min ton pambıq yağının 52 %-i Türkiyənin payına düşüb.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib