Vladimir Putin ABŞ prezidenti Donald Trump ilə telefon danışığı zamanı İran ətrafında yaranmış böhranın həlli ilə bağlı təkliflərini təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, Rusiya prezidenti öz təkliflərini amerikalı həmkarına çatdırıb, lakin hazırda bu təşəbbüslərin məzmununu açıqlamaq niyyəti və imkanı yoxdur.
“Bu təkliflər prezident tərəfindən həmsöhbətinə çatdırılıb. Gələcəkdə razılaşdırma prosesinin necə inkişaf edəcəyini görəcəyik”, - deyə Peskov qeyd edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir