Fevralda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı yanvar ayına nisbətən təxminən 340 min barel artaraq gündəlik 29 milyon 630 min barel təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə 40 min barel artaraq sutkada 5 milyon 750 min barrel olub. Bununla da, fevralda OPEC-in sutkalıq tədarükü ümumilikdə 35 milyon 380 min barrel təşkil edib.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib