Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb:
"Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək".
Kollegiya sədri bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib, həmin imtahanlarda 6 893 namizəd iştirak edib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib