Hesabat ilində ölkədə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 milyard manat olub.
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
Baş nazir, həmçinin bildirib ki, qeyri-neft sektoru isə real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5 faiz artım olub. Neft-qaz sektorunda 1,6 faiz azalma olub. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub. Xarici ticarətdə 6,4 milyard dollarlıq müsbət saldo və qeyri-neft ixracının 8 faizdən çox artaraq 3,6 milyard dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib