Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfəri barədə video paylaşıb.
“İki sahil” xəbər verir ki, Prezidentin köməkçisi özünün "X" sosial media hesabındakı paylaşımında yazıb:
"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik".
Azərbaycançılıq məfkurəsi milli birliyin və tərəqqinin sarsılmaz təməlidir - TƏHLİL
Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub