04 may 2026 15:50
108

Tramp ABŞ qoşunlarını Almaniyadan çıxarmaqla Putinə mesaj göndərib - EKSPERT

Alman siyasi şərhçi Karlo Masala “Financial Times” qəzetinə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın ABŞ qoşunlarının Almaniyadakı yerləşdirilməsinə dair qərara yenidən baxmasının Rusiya prezidenti Vladimir Putinə mesaj xarakteri daşıdığını bildirib.

“İki sahil” xəbər verir ki, onun sözlərinə görə, bu addım Kremlin ABŞ-ın Avropada təhlükəsizliyin əsas təminatçısı rolundan tədricən geri çəkildiyi barədə siqnal almasına səbəb ola bilər.

Masala qeyd edib ki, “bu, ABŞ-ın Avropanın təhlükəsizliyində mərkəzi rolundan uzaqlaşdığı mesajını verir və biz bunu artıq bilirdik”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Almaniya ərazisindəki amerikalı hərbi qulluqçuların sayının 5 mindən çox azaldılmasının planlaşdırıldığını açıqlamışdı.

Almaniya kansleri Fridrix Merts isə bu qərarın Tramp ilə İran ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqları ilə əlaqələndirilməsini rədd edib.